Xidmət şərtləriXidmət şərtlərimiz ilə tanış olun.
- İstifadəçi bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pоzulmasına, vəzifələrinin yеrinə yеtirilməməsinə və ya lazımınca yеrinə yеtirməməyə görə tam həcmdə maddi məsuliyyət daşıyır və bu Müqavilədən irəli gələn öhdəliklərinin pоzulmasına görə qarşı tərəfə vurulmuş maddi ziyanı ödəməyə bоrcludur;
- İstifadəçi tərəfindən İcraçıya qarşı bu Müqavilənin predmetinə və ona razılaşma protokoluna uyğun olaraq malların təqdim edilməsinin gecikdirilmiş hər günü üçün müvafiq razılaşma protokolu üzrə ödəniləcək ümumi məbləğin 0,01% (sıfır tam yüzdə bir faizi) miqdarında cərimə tətbiq edilə bilər;
- İstifadəçinin müqavilə bağlandıqdan sonra heç bir əsas olmadan və ya özü ilə bağlı səbəblərdən müqavilədən imtina etməsi və qəbul etdiyi malı (xidməti) geri qaytarması İcraçıya ödənilmiş müqavilə məbləğinin 30 %-nin İcraçı tərəfindən cərimə məbləği kimi tutulmasına səbəb olur.
- İstifadəçi bu Müqavilə üzrə ödəməli olduğu cəriməni, dəymiş zərərin əvəzini, digər tərəfin yazılı xəbərdarlığını aldığı gündən etibarən 10 (on) iş günü ərzində ödəməlidir.
- İstifadəçi kassa aparatının ləğvi üçün müraciət etdikdə tokeni İcraçıya təhvil verməli və şirkət qarşısında icra edilməmiş hər hansı digər öhdəliyi olmadığı halda İcraçının bank hesabına 35.40 AZN ləğv üçün nəzərdə tutulmuş ödəniş etməlidir. Ödəniş edildikdən sonra kassa aparatının ləğvi prosesinin rəsmiləşdirilməsi yalnız elektron akt vasitəsilə həyata keçirilir.