TMS
31.01.2024Terminaların idarə sistemi, işləndiyi sahədə pos - terminalın məhsuldarlığını artırmaq və mərkəzləşdirilmiş idarəetməni dəstəkləmək üçün nəzərdə tutulmuşdur.
Məhsudan yararlanan istifadəçi, terminalın bir sıra funksionallığını uzaqdan idarə etmək hüququ qazanır. Terminal idarəetmə sistemini əsasən Android və Verifone "Engage" POS platformaları ilə birgə istifadə etmək mümkündür.
Platforma hesabatlarla əməliyyatların əsas göstəricilərini canlı şəkildə izləmək imkanı yaradır. İstifadəçi, müştərilərinin maliyyə fəaliyyətlərini ümumilikdə və ya hər bir müştəri üçün ayrı – ayrılıqda izləyərək maliyyə hesabatını hostu keçmədən əldə edə bilər. Praktiki olaraq hər menyuda əlavə təhlükəsizliyi təmin etmək üçün bir hesabat generasiya etmək imkanı var.
NBA proqram təminatı paketi ilə təchiz olunmuş terminal mərkəzi idarəetmə sisteminə aşağıdakı funksionallıqlar üzrə qoşula bilər:
- Əsas pəncərə
- Hesabatlar
- Hesablarının ierarxiya idarə edilməsi (satıcı/törəmə şirkət)
- Cihaz idarəetməsi (coğrafi yer)
- Tətbiqin menecerini
- Diagnostika meneceri
- İstifadəçi idarəetməsi
- Əməliyyat idarəetməsi
- Lovalty idarəetməsi
Monitorinq zamanı konfiquratora daxil olunmuş terminal barədə məlumatları, onun aktivlik statusundan xəritədə yerləşdiyi məkana qədər tam almaq mümkündür.