NBA Teller
31.01.2024NBA Teller ATM proqramı modern bank xidmətlərinin və özünəxidmət texnologiyalarının üst nümunələrindən biridir. Bu layihə avtomatlaşdırılmış bankomatlarda (ATM) əməliyyatları sürətli, təhlükəsiz və rahat həyata keçirmək məqsədi ilə hazırlanmışdır.
Proqramın əsas diqqəti - müştəri tələbini daha da effektiv və təhlükəsiz həyata keçirməyə yönəlmişdir.
Müştərilər istədikləri zaman nağd pul əldə etmək üçün sadə və sürətli yollar axtarırlar.
NBA Teller - bank hesablara təhlükəsiz giriş imkanı təmin edərək bank kartları ilə əməliyyatları asanlaşdıran bir təcrübə nümayiş etdirir.
Layihənin inkişafında əsas rol oynayan funksiyalardan biri müştərinin kartını tanımaq bacarığıdır. Bu müştərinin bank əməliyyatlarını həyata keçirməsini daha da asanlaşdırır. Bununla yanaşı NBA Teller müştərilərə balans yoxlamaq, qəbz vermək, depozitlər yerləşdirmək və bir çox digər əməliyyatlarda müstəqil düşünmə şəraiti yaradır.
NBA Technologies tərəfindən hazırlanan bu proqram özünəxidmət cihazları üçün çarpaz platforma olaraq təhlükəsiz bir həll təqdim edir. Layihə Windows 7 və Windows 10 əməliyyat sistemləri əsasında müxtəlif çeşidli cihazlar ilə uyğunlaşmaq üçün nəzərdə tutulub.
NBA Teller ATM proqramı bank və digər maliyyə təşkilatlarının müştərilərinə effektiv xidmət göstərmək üçün ən son texnologiyalardan istifadə edən müstəqil bir çözümdür.