NBA Petrol
31.01.2024NBA Petrol ödəniş sistemi yanacaq kartlarının texniki qulluğu və idarəetmənin avtomatlaşdırılması sistemidir. İstifadəçi optimallaşdırılmış ödəniş prosesinin iştirakçısı olmaqla yanacağa istifadə olunan kart xərclərini 100% nəzarətdə saxlamağa nail olacaq.
Təcrübəmiz sayəsində NBA Petrol ödəniş sistemində hesabat və monitorinq mexanizmini, xərclərə asan nəzarəti və məntiqi interfeysi bir araya gətirmək mümkün olmuşdur.
Sistem işə salındıqdan sonra məlumatlar və nəzarət panelindən ibarət əsas pəncərə görüntülənir.
Əsas pəncərənin məlumat hissəsində statistik məlumatlar yer almışdır. Bundan əlavə əsas pəncərədə məlumatların göstərilməsi istəyə uyğun tənzimlənə bilir.
Bir çox prosesin nəticələri dəqiq informasiyalara bağlıdır. Bu səbəbdən NBA Petrol ödəniş sistemi hesabatlara xüsusi diqqət ayırmışdır. Tələb olunan vaxt dövrü göstərilməklə bir sıra parametrlər üçün hesabat əldə etmək mümkündür:
- Kart sahibi
- Kart nömrəsi
- Terminal
- Günün müştəri hesabatı
- Xidmətlər
- Kart balansları
- Kupon nömrəsi
- Hesabat (Bank və Vergilər)
- Hədiyyə kartı nömrəsi
- Yanacaq stansiyası hesabatı
Mobil tətbiqinin mövcudluğu sistemdə diqqət çəkən funksiyalardan biridir. Bu tətbiq korporativ müştərilərə kart və ya yanacaq stansiyaları üçün hesabatlar əldə etməklə nəzarəti gücləndirmək imkanı verir.
Beləliklə, layihənin üstünlüklərini bu ardıcıllıqla qeyd etmək olar:
- Təhlükəsizlik
- Müştəri dəstəyi
- Yanacaq itkisinin minimal riski
- Müştəri loyallığı proqramlarını aktivləşdirmək bacarığı
- Yanacaq xərclərinə nəzarət
- Avtomatlaşdırılmış səhvsiz hesabatlar
- Əməkdaşların işlərinin azaldılması
- Mobil tətbiqin mövcudluğu