NBA Technologies International
Məxfilik siyasətiİnternet Təhlükəsizliyi Üçün Məxfilik Siyasətimizə Dair Ətraflı Məlumat.

Hazırki Məxfilik məsələləri ilə bağlı Sənəd (“Sənəd”) “Məlumatı qəbul edən tərəf” və hazırki Sənədi qəbul edərək internet səhifəsi vasitəsilə təqdim edilən xidmətlərdən istifadə edən İstifadəçi (“Məlumatı açıqlayan tərəf”) arasında (Məlumatı açıqlayan tərəf və Məlumatı qəbul edən tərəf bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlana bilər) ödəniş hesabının açılması, ödəniş hesabı ilə ödəniş əməliyyatlarının həyata keçirilməsi, həmçinin bu sahədə məlumatların əldə olunması və açıqlanmaması qaydalarını müəyyən edir. Nəzərə alsaq ki, Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfdən xidmətlərin göstərilməsi çərçivəsində Məxfi Məlumatları əldə etmək arzusundadır və nəzərə alsaq ki, Məlumatı açıqlayan tərəf belə Məlumatları təqdim etmək arzusundadır və Məlumatı qəbul edən tərəf belə Məlumatları qəbul edir və onlarla yalnız ciddi məxfilik şərtləri ilə və hazırki Sənədə uyğun olaraq davranır. Bununla da, Tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

  1. Məxfi Məlumatlar :
    1. “Məxfi Məlumatlar” termini, Məlumatı açıqlayan tərəfə aid olan, biznes fəaliyyəti, idarəçilik, kommersiya, maliyyə, əməliyyat və texniki məlumatları ehtiva edən bütün qeyri-ictimai, özəl və məxfi Məlumatları, həmçinin Məlumatı qəbul edən tərəfə təqdim olunan və ya açıqlanan, “məxfi”, “özəl” və ya onun məxfi və ya özəl təbiətini nümayiş etdirən yazı olub olmamasından asılı olmayaraq hər hansı məlumatları bildirir.
    2. Hər hansı Məlumat və ya məsələ aşağıdakı hallarda “Məxfi Məlumatlara” daxil edilmir: (a) hazırki Sənədə uyğun olaraq açıqlanmazdan əvvəl, Məlumatı qəbul edən tərəfə artıq KİV vasitəsi ilə məlum olan, ictimaiyyətə məlum olan və ya Tərəflərdən birinin özü haqqında yaydığı məlumatlar və bu cür məlumatların hər hansı məxfilik öhdəliyi pozulmadan əldə edildiyi halda; yaxud (c) Məlumatı qəbul edən tərəfin, Məlumatı açıqlayan tərəf və ya onun Ortaq şirkətləri qarşısında məxfiliyə dair heç bir öhdəliyi olmayan üçüncü şəxslərdən əldə etdiyi, KİV vasitəsi ilə əldə etdiyi, ictimayyətə məlum olan və ya Tərəflərdən birinin özü haqqında yaydığı məlumatlar şəklində alındığı halda.
    3. Hazırki Sənədin məqsədləri üçün, “Ortaq Şirkəti” Tərəfin nəzarət etdiyi, Tərəfə nəzarət edən və ya Tərəflə ümumi nəzarət altında fəaliyyət göstərən qurumu bildirir və yuxarıda göstərilən “nəzarət” hüquqi şəxsin direktorları və ya bərabər statusda olanlar üzrə səs vermək hüququna malik səhmlərin və ya faizlərin 50%-dən yuxarı olan birbaşa və ya dolayı mülkiyyəti bildirir, bu şərtlə ki, bu cür mülkiyyət və ya hüquq mövcud olsun.
  2. Məlumatı qəbul edən tərəfin öhdəlikləri :
    1. Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfin bütün Məxfi Məlumatları ilə məxfi və təhlükəsiz şəkildə davranır, və:
      1. Məlumatı açıqlayan tərəfin, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, qabaqcadan yazılı razılığı olmadan, bu cür Məxfi Məlumatları heç bir üçüncü şəxsə açıqlamır.
      2. Məxfi Məlumatları ən azı özünün məxfi və özəl məlumatlarının qorunması üçün göstərdiyi diqqət ilə hər hansı icazəsiz istifadədən, açıqlamadan, ötürmədən və ya dərcetmədən qoruyur və mühafizə edir.
      3. hər hansı Məxfi Məlumatdan Məlumatı açıqlayan Tərəflə bağlı rəqabət və ya digər üstünlük əldə etmək məqsədilə istifadə etmir.
      4. Bu cür Məxfi Məlumatlar haqda məlumatlı olmaları tələb olunan özünün direktorlarına, məsul şəxslərinə və ya işçilərinə Məxfi Məlumatların açıqlanmasını məhdudlaşdırır və bu cür Məlumatları yalnız hazırki Sənədin konkret məqsədləri üçün onlara tələb olunan dərəcədə açıqlayır.
      5. Onun adından fəaliyyət göstərən bütün şəxslərlə bu şəxslərin məxfiliklə bağlı üzərilərinə oxşar öhdəlik götürmələrini təmin etmək və bu cür şəxsləri Məxfi Məlumatların hazırki Sənəddə nəzərdə tutulan hallardan başqa açıqlanmaması və ya istifadə edilməməsi haqda xəbərdar etmək üçün müvafiq tədbirlər görür.
      6. Məxfi Məlumatlardan icazəsiz istifadə və ya açıqlama halı aşkar etdiyi təqdirdə bu haqda Məlumatı açıqlayan tərəfə dərhal məlumat verir və Məxfi Məlumatları yenidən əldə etmək və gələcəkdə icazəsiz hərəkətlərə və ya hazırki Sənədin müddəalarının digər pozuntularına yol verməmək üçün məntiqli addımlar atır.
    2. Hüquq və ya Lisenziyaların verilməməsi. Hazırki Sənəd üzrə Məxfi Məlumatların açıqlanması Məlumatı qəbul edən tərəfə bu cür Məxfi Məlumatlar üzərində, dünyanın hər hansı yurisdiksiyasının istənilən qanun və qaydası tərəfindən tanınan hər hansı patentə, əmtəə nişanına, müəllif hüququna və ticarət sirrinə dair hər hansı hüquq və ya lisenziya, mənəvi və ya digər hüquqlar (birlikdə - Əqli Mülkiyyət Hüquqları”) məhdudiyyətsiz daxil olmaqla, hər hansı açıq-aşkar və ya nəzərdə tutulan lisenziya və ya hüquq vermir. Məlumatı açıqlayan tərəf və / və ya onun lisenziarları Məlumatı qəbul edən tərəfin yalnız hazırki Sənəddə acıq-aydın şəkildə nəzərdə tutulan məqsədlər üzrə istifadə edəcəyi istənilən Məxfi Məlumatlar üzərində bütün Əqli Mülkiyyət Hüquqlarını özlərində saxlayırlar. Məlumatı qəbul edən tərəf Məxfi Məlumatlara və ya onların istənilən hissəsinə əlavə edilən və ya qoşulan Məlumatı açıqlayan tərəfin hər hansı əmtəə nişanına, loqosuna, müəllif hüququ haqda bildirişlərinə və ya digər xüsusi bildirişlərinə və ya fərqləndirici nişanlarına dəyişiklik etməməyi və ya onları silməməyi öhdəsinə götürür.
    3. Məxfi Məlumatların qaytarılması. Mövcud qanun və qaydalarda başqa cür tələb edilmirsə, Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfin tələbindən sonra Məlumatı açıqlayan tərəfin Məxfi Məlumatlarının daxil olduğu, həmin Məlumatları əks etdirən, onlardan ibarət olan və ya həmin Məlumatlara əsaslanan bütün sənədləri və materialları (və ya onların müvafiq hissələrini) məhv edir, kompyuterdən (və ya oxşar cihazdan) tamamilə silir və ya Məlumatı açıqlayan tərəfə geri qaytarır.
  3. Müxtəlif şərtlər :
    1. Hazırki Sənəd onun qəbul edilməsi tarixindən başlayaraq beş (5) il müddətində qüvvədə qalır. İstifadəçi tərəfindən etiraz edilmədiyi tarixdə bu müddət eyni şərtlər altında növbəti 5 (beş) il müddətinə uzadılır.
    2. Hazırki Sənəd Məxfi Məlumatların məxfiliyi və açıqlanmaması ilə bağlı Tərəflər arasında tam razılaşmanı təşkil edir və onunla bağlı bütün əvvəlki razılaşmaları və anlaşmaları əvəz edir. Yazılı surətdə tərtib edilməyincə və hər iki Tərəfin lazımi qaydada səlahiyyət verilmiş nümayəndələri tərəfindən imzalanmayınca, hazırki Sənədin istənilən müddəasına edilən dəyişiklik, düzəliş və ya əlavə heç bir öhdəlik yaratmayacaq.
    3. Tərəflərdən hər hansı birinin hazırki Sənəd üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində yaranan mübahisənin qarşılıqlı danışıqlar yolu ilə həll edilməsinə səy göstərilir. Qarşılıqlı danışıqlar nəticə vermədikdə, mübahisəyə müvafiq mediasiya təşkilatı və (və ya) səlahiyyətli məhkəmə tərəfindən baxılır.
    4. Məlumatı qəbul edən tərəf səlahiyyətli məhkəmə və ya digər səlahiyyətli orqan tərəfindən qanuni şəkildə Məxfi Məlumatların istənilən birini açıqlamağa məcbur edilərsə, onda o Məlumatı açıqlayan Tərəfə bu haqda təcili surətdə məlumat verməlidir ki, Məlumatı açıqlayan tərəf açıqlamaya qarşı müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilsin.
    5. Hazırki Sənəd üzrə təqdim olunan bütün bildirişlər yazılı surətdə tərtib edilir və a) şəxsən təqdim olunduqda, hazırkı bənddə göstərilmiş ünvana çatdırıldıqda; və ya b) faksla göndərildikdə, faksın müvəffəqiyyətlə göndərildiyinə dair hesabatda göstərilmiş vaxtda; və ya c) xidməti kuryer vasitəsilə çatdırıldıqda, kuryerin çatdırılma qəbzinin imzalandığı tarixdə və vaxtda lazımi qaydada alınmış sayılır. Hər hansı Tərəfin ünvanı dəyişdikdə, həmin Tərəf digər Tərəfi bu barədə xəbərdar edir və yeni ünvanı və müvafiq əlaqə vasitələri barədə məlumatı dəyişiklik tarixindən sonra 10 (on) gün ərzində təqdim edir.

YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, İstifadəçi (“Məlumatı açıqlayan tərəf”) bu Sənədi qəbul etməklə bütün müddəaları ilə razı olduğunu bildirir.