NBA Technologies International

VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU

03.11.2023
VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU

2023-cü il 1–2 Noyabr tarixlərində Azərbaycanın Bakı şəhəri, Boulevard Otel-də “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” mövzusunda VII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (BBF)keçirilmişdir.

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən iki günlük tədbir tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin, assosiasiyaların baş menecerlərini, beynəlxalq maliyyə institutlarının, yerli səfirliklərin nümayəndələrini, akademikləri, tanınmış şirkətləri, qərar qəbul edənləri və inflyuenserləri bir araya gətirir.

NBA Technologies International MMC şirkəti bu forumun Baş sponsorudur.

Həmçinin şirkətin rəhbərliyi və əməkdaşları ilə birlikdə distributurluğunu etdiyi dünyaca məhşur şirkətlərin avadanlıqlarını öz stendində təqdim edib.

2006-ci ildə əsası qoyulan NBA Technologies International MMC yeni texnologiyaları və smart cihazların MDB ölkələri üzrə aparıcı təchizatçısıdır. Şirkətimizdə təxmini 200 nəfərdən cox insan çalışır, 5 dən çox ölkə və regionları əhatə edirik və ölkəmiz üzrə 10.000 dən çox insana xidmət göstəririk. Bütün əməkdaşlarımız ilə birlikdə NBA Technologies İnternational MMC şirkətinin 12-dən çox distributurluğunu etdiyi dünya səviyyəli markaların sahib olduğumuz yüksək texnologiyaları, məhsullarımız, eyni zamanda göstərdiyimiz digər xidmətlər mövcuddur.

NBA Technologies International MMC VII BEYNƏLXALQ BANKÇILIQ FORUMUN-da(BBF) dünyaca məhşur brendlər olan GRGBanking, Verifone, Pax, Newland, Citizen, Koddata, Speedata və s. avadanlıqlarını təqdim edib.

Azərbaycan bazarında 20 ilə yaxındır ki, fəaliyyət göstərən Azərbaycan bank və retail sektorunda daim yeniliklər gətirən “NBA Technologies İnternational” MMC şirkəti, 2023-cü il tarixindən etibarən ATM istehsalında dünyanın lider şirkəti olan Çinin GRG şirkəti ilə əməkdaşlığa başlamışdır.

Hal-hazırda forumda NBA Technologies International MMC şirkəti stendimizdə də mövcud olan GRG şirkətinin ən son modeli H68VL seriyalı bankomatını təqdim edir.

H68VL/H68V seriyası müştərilərin tələblərinə cavab vermək üçün genişləndirmə qabiliyyətini qoruyarkən yüksək tutumlu nağd pulun emalını və yüksək əməliyyat təhlükəsizliyini təmin edən yeni nəsil resirkulyasiya bankomatlarıdır.

Kartın çıxarılması və balansın doldurulması kimi standart əməliyyatlara əlavə olaraq, H68VL seriyalı bankomatlar kartsız nağd pul çıxarılmasını həyata keçirməyə, smart cihazlarla qarşılıqlı əlaqə yaratmaq üçün NFC — təmassız kart oxuxuyucudan istifadə etməyə imkan verir. Əlavə olaraq, son zamanlar bütün dünyada çox istifadə olunan QR oxuyucu kimi qurğuları özündə cəmləşdirir. İstifadəçi ATM-dən istifadə prosesində çətinliklə üzləşdiyi halda, müştərilərə tövsiyələr vermək üçün distant yardım funksiyası mövcuddur.

GRG bankomatları dəyişən tələblərinizlə ayaqlaşmaqla yanaşı, filialınızla müştərilər arasında rahat ünsiyyət vasitəsini də təmin edir.