NBA Technologies International

Şirkətimizin əməkdaşlarının “PAŞA Bank” ASC-nin dəvəti ilə “İqtisadiyyatın və cəmiyyətin dayanıqlı inkişafında qadınların rolu” konfransında iştirakı

07.03.2024
Şirkətimizin əməkdaşlarının “PAŞA Bank” ASC-nin dəvəti ilə “İqtisadiyyatın və cəmiyyətin dayanıqlı inkişafında qadınların rolu” konfransında iştirakı

Bugün şirkətimizin əməkdaşları PAŞA Bank-ın dəvəti ilə “PAŞA Bank” ASC-nin və CBC Azərbaycanın “Qadın Faktoru” proqramının dəstəyi ilə təşkil edilən “İqtisadiyyatın və cəmiyyətin dayanıqlı inkişafında qadınların rolu” adlı konfransında iştirak ediblər.

Tədbirin rəsmi proqramına dayanıqlı biznesin qurulmasında uğur qazanmış qadın sahibkarların çıxışları, Dünya Bankı və BMT Qlobal Sazişinin, eləcə də digər yerli və beynəlxalq təşkilatların təmsilçiləri ilə panel müzakirələri daxildir.

Qeyd edilən konfransda qadınların hər yerdə gücü, nailiyyətləri, eləcə də 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) ev sahibliyi edəcək Azərbaycanın qlobal çağırışların həll edilməsində oynadığı mühüm rolu müzakirə edildi.