NBA Technologies International

Şirkətimizin əməkdaşları EuroCİS 2024 sərgisində

07.03.2024
Şirkətimizin əməkdaşları EuroCİS 2024 sərgisində

Şirkətimizin əməkdaşları 27–29 Fevral 2024-cü il tarixində Düsseldorf Almaniya-da keçirilən EuroCİS 2024 beynəlxalq sərgisində iştirak etmişdirlər.

“EuroCIS” pərakəndə texnologiya üzrə aparıcı ticarət sərgisi — Yüksək ixtisaslaşmış tərtibatçılar, geniş məhsul portfeli və ən son yenilikləri və s. daha çoxunu özündə birləşdirir.

“EuroCIS 2024” tədbirinə NBA-nın əməkdaşları CITIZEN, Honeywell və s. kimi tərəfdaşlarımızın dəvətilə qatılmışdırlar. Ticarət sərgisi öz kateqoriyaları ilə pərakəndə satış sektoru üçün texnoloji həllərin bütün sahələrini əhatə edir. Şirkətimizin əməkdaşları tədbirdə iştirak etməkdə qürur duyur. Qeyd edilən tədbir beynəlxalq pərakəndə satış sənayesinin nəbzidir. Heç bir başqa ticarət sərgisi pərakəndə texnologiya tendensiyalarını bu qədər cəmlənmiş şəkildə təqdim edilməmişdir.

Tədbirdə əsasən aşağıda qeyd edilən sahələr diqqət mərkəzindədir: Portfelə Bağlı Pərakəndə Satış, Problemsiz Checkout, Analitika, Mal və Təchizat Zəncirinin İdarə Edilməsi, Rəqəmsal Marketinq, POS-Soft- və Avadanlıq, Robototexnika, İnsan Resurslarının İdarə Edilməsi, İcra/Loqistika, Qiymətləndirmə, Pul vəsaitlərinin İdarə Edilməsi, Təhlükəsizlik və Zərərlərin qarşısının alınması daxildir.

Əməkdaşlarımızın “EuroCIS 2024” tədbirindən görüntülərini sizə təqdim edirik.