NBA Technologies International

Qlobal Müştəri Mübadiləsi 2023

07.09.2023
Qlobal Müştəri Mübadiləsi 2023

“NBA Technologies International” MMC şirkəti dünyaca məhşur GRGBanking şirkətinin təşkilatçılığı və xüsusi dəvəti ilə 18–20 sentyabr 2023-cü il tarixində Çinin Quançjou şəhərindəki Westin Pazhou otelində keçirilən “İnnovasiya — İnteqrasiya — Rəqəmsallaşma” mövzusunda “Qlobal Müştəri Mübadiləsi 2023 (GCE 2023)” tədbirində iştirak edir.

Bu tədbirin əsas mövzusu olan “İnnovasiya — İnteqrasiya — Rəqəmsallaşma” mövzusu texnoloji anlayışlar, ilhamlar, vahid həllər və şəbəkə imkanlarını kəşf etmək və innovativ gələcəyə hazırlamaqdır.

Eyni zamanda tədbirdə GRGBanking-ə məxsus ən son texnologiya və avadanlıqlar nümayiş etdirilir.

GRGBanking - Qlobal Müştəri Mübadiləsi 2023

“NBA Technologies İnternational” MMC şirkəti GRGBanking şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır.

GRGBanking şirkətinin Azərbaycanda rəsmi tərəfdaşı

(®) Azərbaycan bazarında lider olan “NBA Technologies International” MMC şirkəti sizə dünyaca məşhur GRG brendindən olan yeni nəsil bankomatları təqdim edir. Dünyaca məşhur GRG öz məhsullarının istehsalında yüksək etibarlılıq və rəqabət qabiliyyətli qiymətləri əsas götürür. GRG bankomatları nəinki vaxta qənaət etmək, həm də rahatlıq gətirən və həyatı asanlaşdıran çox səmərəli bankomatlardır.

GRGBanking - H68VL - NBA Tech

H68VL/H68L seriyası müştərilərin tələblərinə cavab vermək üçün genişləndirmə qabiliyyətini qoruyarkən yüksək tutumlu nağd pulun emalını və yüksək əməliyyat təhlükəsizliyini təmin edən yeni nəsil resirkulyasiya bankomatlarıdır.

GRGBanking - P5800L - NBA Tech