NBA Technologies International

“NBA Technologies International” MMC və “Ingress Academy” arasında təcrübə proqramının keçirilməsinə dair əməkdaşlıq memorandumu imzalanıb.

04.12.2025
“NBA Technologies International” MMC və “Ingress Academy” arasında təcrübə proqramının keçirilməsinə dair əməkdaşlıq memorandumu imzalanıb.

“NBA Technologies International” MMC və “Ingress Academy arasında təcrübə proqramının keçirilməsinə dair əməkdaşlıq memorandumu imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində “Ingress Academy”ni uğurla bitirən məzunlar “NBA Technologies International”da innovativ və texnoloji layihələrdə iştirak etməklə real iş təcrübəsi qazanmaq, korporativ iş mühiti ilə tanış olmaq və bununla da bilik və bacarıqlarını artırmaqla inkişaf etmək fürsəti qazanacaqlar.

Bu təcrübə proqramı ölkəmizdə gənc mütəxəssislərin potensiallarının inkişafına və ödəniş texnologiyaları, rəqəmsallaşdırma sahəsində mütəxəssislərin püxtələşməsinə dəstək olmaq məqsədi daşıyır.

“NBA Technologies International” MMC 2006-cı ildən fəaliyyət göstərir. Şirkət POS-terminal istehsalı üzrə dünya lideri olan "Pax", “Verifone”, eləcə də ATM və digər bank avadanlıqlarının qabaqcıl istehsalçısı “GRGBanking” şirkətinin ölkəmizdə, eləcə də Özbəkistan və Gürcüstanda rəsmi distribyutorudur. ATM, POS-Terminal və digər ödəniş və özünəxidmət qurğularının proqram təminatlarının tərtib olunması ilə yanaşı, “NBA Technologies International” MMC Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş e-kassa operatoru olmaqla nəzarət-kassa aparatlarının (NKA) satışı, NKA-ın qeydiyyata alınması, NKA-a texniki dəstəyi, kassa ilə satış proqramının inteqrasiyası kimi innovativ texnoloji xidmətlər təqdim edir. Şirkətin təqdim etdiyi xidmət və məhsullara dair daha ətraflı məlumat əldə etmək üçün https://www.nbatech.az/ saytına keçid edə bilərsiniz.

“Ingress Academy” 2019-cu ildən etibarən İnformasiya Texnologiyaları sahəsində ixtisaslaşmış tədris mərkəzi kimi fəaliyyət göstərir. Akademiya Linux, DevOps, System Administration, Cloud Engineering və Proqramlaşdırma üzrə peşəkar təlimlər təqdim edərək yüzlərlə məzunun IT sektorunda karyera qurmasına dəstək olub. Tədris proqramları real layihələr, praktiki laboratoriyalar və bazar tələblərinə uyğun hazırlanmış kurikulum əsasında həyata keçirilir. “Ingress Academy” məzunlarının bir çoxu yerli və beynəlxalq şirkətlərdə mütəxəssis olaraq fəaliyyət göstərir və ölkəmizdə yüksək ixtisaslı IT kadrlarının formalaşmasına töhfə verir.