NBA Technologies International

Gömrük-Biznes Forumu 2023 - NBA International Logistics

20.11.2023
Gömrük-Biznes Forumu 2023 - NBA International Logistics

20 noyabr 2023 tarixində Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Gömrük-Biznes Forumu 2023" keçirilmişdir.

Dövlət Gömrük Komitəsinin şirkətimizə göndərdiyi xüsusi dəvət ilə, şirkətimizi təmsil edən Logistika və Broker şöbəsi üzrə əməkdaşımız Hətəm Abdullayev "Gömrük-Biznes Forumu 2023"-də iştirak etmişdir.

Prezident İlham Əliyevin ölkənin dayanıqlı inkişafı istiqamətində həyata keçirdiyi irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidmətinin reallaşdırdığı layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.