24-26 iyun tarixlərində Marsol Group-un “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” baş tutmuşdu
02.07.2024
24-26 iyun tarixlərində 200-ə yaxın yerli şirkətin iştirakı ilə Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” baş tutmuşdu. Sərgidə 153 yerli şirkət təmsil olunurdu. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıdaraq bazara çıxış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Sərgi şirkətlərin bazar payının genişlənməsi üçün çox faydalıdır. Sərginin fərqli tərəfi ondan ibarətdir ki, bütün iştirak edən şirkətlər yerli şirkətlər olub, əksəriyyəti yerli istehsalçılar idi.
İqtisadiyyat Nazirinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin müavinləri, Kiçik və Orta Biznesin İdare Heyətinin sədri, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev sərginin əhəmiyyətindən danışaraq iştirakçıların öz məhsul və xidmətlərini daha geniş kütləyə çatdırmaq üçün bu tədbirin fürsət olduğunu vurğuladılar.
Satış imkanlarını genişləndirmək məqsədi daşıyan sərgidə qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edirdi. Burada əsasən kiçik sahibkarlar təmsil olunaraq, daha çox yüngül sənaye, istehsal, kənd təsərrüfatı malları nümayiş olunurdu. Sərgidə həmçinin ilk dəfə istehsal olunub sərgilənən məhsullarda var idi.
Sərgidə bizdə öz stendimizlə təmsil olunaraq məhsul və xidmətlərimizi geniş kütləyə tanıtmaq fürsəti, yerli sahibkarlarla netvörkinq və potensial müştərilərlə tanışlıq imkanını qazandıq. Bizim pərakəndə məhsul profilimizə hovuzlar, kassa aparatları (o cümlədən özünəxidmət sistemləri), tərəzilər və texnoloji avadanlıqlar, məlumatların toplanması və emalının avtomatlaşdırılması üçün avadanlıqlar, həmçinin pərakəndə ticarətdə erqonometrikası üçün həllər daxildir. Təqdim etdiyimiz məhsul və xidmətlər ziyarətçilər tərəfindən izlənərək böyük maraqla qarşılandı.
Bu kimi sərgilərin davamlı olacağına ümid edirik.