Satış üzrə mütəxəssis
15.12.2023Namizədə dair tələblər :
- Təhsil: Ali təhsil
- Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur
- Dil bilikləri: Azərbaycan və Rus dili (mütləq); digər dil bilikləri əlavə üstünlük hesab olunur
- İş təcrübəsi: 1 ildən az olmayaraq iş stajı
- Səlis danışıq qabiliyyəti, Qrammatik yazı yazma bacarığı
- Stresə davamlı, Punktual, məsuliyyətli, ünsiyyətcil, kreativ ideyalı, işində çevik və dəqiq olması
- Komandada işləmək, problem həll etmə, araşdırma (research), öyrənmə bacarıqları
- Reklam materiallarının istifadə qaydası üzrə biliklər
- Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı
Vəzifə öhdəlikləri :
- Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması
- Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək
- Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması
- Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Şirkətin təklif etdiyi məhsul və xidmətin inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək
- Daim yeni axtarışlar etmək, şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabatlar təqdim etmək
- Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması
- Hesabatların hazırlanması
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq planlama və proseslərin təhlili
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı : təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur
Qeyd : Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır