NBA Technologies International

NBA Technologies PLUS Forum Digital Uzbekistan 2026-da

04.06.2026
NBA Technologies PLUS Forum Digital Uzbekistan 2026-da

19–20 may tarixlərində Daşkənddə Mərkəzi Asiyanın rəqəmsal iqtisadiyyat sahəsində ən mühüm tədbirlərindən biri olan PLUS Forum Digital Uzbekistan 2026 tədbiri baş tutdu.

Forumun iştirakçıları şirkətimizin stendində PAX Technology, GRG Banking Equipment (HK) Co. Limited., Verifone kimi qabaqcıl bankomat və POS-terminal istehsalçılarının avadanlıqları, eləcə də şirkətimiz tərəfindən təqdim olunan proqram ödəniş həlləri ilə yaxından tanış oldular. NBA Technologies International şirkətinin regional əməkdaşlıqlar və texnoloji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində atılacaq addımlar barədə ziyarətçilərə məlumat verildi. 



Forumda spiker qismində çıxış dən Timur Maharramov ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçiddə ATM texnologiyalarının rolundan bəhs etdi. O, müasir ATM-lərin artıq sadəcə nağd pul çıxarmaq üçün deyil, geniş spektrli rəqəmsal bank xidmətlərinin təqdim edildiyi çoxfunksiyalı özünəxidmət platformalarına çevrildiyini vurğuladı. Çıxış zamanı həmçinin ATM şəbəkələrinin rəqəmsal transformasiya prosesində müştəri təcrübəsinin yaxşılaşdırılmasına, xidmətlərin əlçatanlığının artırılmasına və bankların əməliyyat səmərəliliyinin yüksəldilməsinə verdiyi töhfələrdən danışıldı.

Artem Roussakov (Satış meneceri, TOPPAN Group) rəqəmsal ödəniş ekosistemində fiziki ödəniş kartlarının rəqəmsal kartlarla müqayisədə malik olduğu üstünlükləri vurğulamaqla, onların ekosistemd' öz mövcudluğunu qoruyub saxlayacağını qeyd etdi. Sosial layihələr, loyallıq proqramları, eləcə də premial müştəri seqmenti baxımından fiziki ödəniş kartlarının əhəmiyyəti vurğulandı. O, Toppan-ın çoxsəviyyəli şifrələmə sistemləri, süni intellekt əsaslı saxtakarlıq aşkarlama alətləri və əməliyyatların biometrik autentifikasiyası haqqında danışdı.

 

Bizimlə bərabər forumun spikerləri sırasında yer alan Silikon Vadisinin investoru, Viktor Orlovski, süni intellekt futuroloqu və Gələcəyə Hazırlıq İnstitutunun baş direktoru Tarik Qureyşi, Alipay+ şirkətinin MDB ölkələri üzrə biznesin inkişafı direktoru Anton Çen, Yannos Asxiotis, eləcə də Qazaxıstan Milli Bankı, Gürcüstan Milli Bankı, NAPP, HUMO, Mastercard, Uzum Bank, Octobank, Wildberries, Yandex və Wallet in Telegram daxil olmaqla bir sıra aparıcı qurum və şirkətlərin rəhbər nümayəndələri aşağıdakı mövzularda çıxış etdilər:

✅ Dövlət xidmətlərinin rəqəmsal transformasiyası və milli ödəniş sisteminin inkişafı məsələləri;
🤖 Süni intellektin dövlət səviyyəsində, biznesdə və maliyyə sektorunda tətbiqi;
✅ Pərakəndə bankçılığın rəqəmsallaşdırılması;
🏧 Bankomat və POS-terminal şəbəkələrinin inkişafı, həmçinin onların qarşısında duran vəzifələrin yenilənməsi və infrastrukturun təkmilləşdirilməsi.


Ayrı-ayrı sessiyalar fintex, RegTech və Open Banking həllərinə, kriptoindustriyaya, həmçinin bank sektorunda kibertəhlükəsizlik və sosial mühəndisliklə mübarizə mövzularına həsr olunmuşdu.