NBA Technologies International

“NBA Technologies International” MMC şirkəti bu gün 20 yaşını qeyd edir!

18.02.2026
“NBA Technologies International” MMC şirkəti bu gün 20 yaşını qeyd edir!

Ölkəmizin qabaqcıl texnoloji şirkətlərindən olan “NBA Technologies International” MMC şirkəti bu gün 20 yaşını qeyd edir!

“NBA Technologies International” 2006-cı ildən fəaliyyət göstərir. Şirkət “PAX Global Technology”, “GRG Banking”, “Verifone Inc.” kimi qabaqcıl bankomat və POS-terminal istehsalçılarının ölkəmizdə rəsmi distibrütoru olmaqla, ölkənin rəqəmsal ödəniş ekosistemi, eləcə də pərakəndə ticarət və xidmət sektorunda avadanlıq və proqram təminatı həllərinin təqdim olunması üzrə ixtisaslaşmışdır. Bankomat və POS-Terminal infrastrukturu üzrə təqdim etdiyimiz proqram həlləri ölkədə fəaliyyət göstərən hər iki ödəniş sistemi operatorunun (“Azərikard” MMC və “Millikart” MMC) informasiya sistemləri ilə uğurla inteqrasiya olunmuş və “Visa İnc.”, “Mastercard Worldwide”, “China Union Pay” kimi beynəlxalq ödəniş sistemlərində müvafiq sertifikasiyalardan uğurla keçmişdir. Göstərilənlərlə yanaşı, şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin e-kassa operatoru qismində e-kassaların təchizatı, qeydiyyatı və servis xidmətlərinin göstərilməsini də həyata keçirir.

20 illik fəaliyyətimiz ərzində bir çox ilklərə imza atmışıq. İqtisadiyyatımız böyüdükcə və rəqəmsallaşdıqca biz də bu çağırışlara doğru gedib ölkəmizin inkişafına töhfə verməyə çalışmışıq. Beynəlxalq təcrübə və yerli ehtiyacları uğurlu şəkildə bir araya gətirməklə müasir ödəniş həlləri və qabaqcıl texnologiyalar sahəsində etibarlı texnoloji tərəfdaş olmağa nail olmuşuq.

Qazandığımız təcrübə bizə ölkəmizin hüdudlarından kənarda da fəaliyyət göstərməyə güc verdi. Bu gün “NBA Technologies International” şirkətinin təqdim etdiyi ödəniş və avadanlıq həlləri Orta Asiya və Gürcüstan bazarında uğurla tətbiq olunmaqdadırlar!

Sürətlə rəqəmsallaşan və dəyişən texnologiyaların özü ilə gətirdiyi trendlərə cavab verən universal həlləri formalaşdırmaqla və təqdim etməklə, ölkəmizin bank sektorunun və bötüvlükdə iqtisadi inkişafının bir parçası olmaqdan, eləcə də ölkəmizin hüdudlarından kənarda fəaliyyətimiz ilə qürur duyuruq! Bütün bunlar əzmkar komanda fəaliyyətinin, işimizə peşəkar yanaşmanın və tərəfdaşlarımızın bizə göstərdiyi etimad olmadan mümkün olmazdı.

“NBA Technologies International” şirkətinin imza atdığı layihələr, məhsul və xidmətlətə dair məlumatı www.nbatech.az rəsmi internet səhifəsindən, həmçinin *2700 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.