NBA Technologies International

NBA Technologies International IBF 2026 Beynəlxalq Bankçılıq Forumunun əsas tərəfdaşı kimi iştirakı

27.11.2026
NBA Technologies International IBF 2026 Beynəlxalq Bankçılıq Forumunun əsas tərəfdaşı kimi iştirakı

NBA Technologies International olaraq 24-25 Noyabr tarixlərində baş tutan X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) tədbirin əsas tərəfdaşı qismində iştirak etdik.Bank və maliyyə texnologiyaları sektorunu bir araya gətirən, eləcə də dövlət qurumlarının təmsil olunduğu forumda stendimizlə təmsil olunduq.

Stendimizin ziyarətçiləri yeni innvovativ həllərimiz ilə real tanış olmaq fürsəti əldə etdilər. Stendimizdə həmçinin müştərilərimiz və tərəfdaşlarımızla görüşlər keçirdik, təqdim etdiyimiz xidmətlər ilə bağlı onların dəyərli fikirlərini almış olduq. Stendimizi ziyarət edən hər kəsə təşəkkür edirik.

Biznesin İnkişafı üzrə menecer İlqar İbrahimov “Intelligent Payment Ecosystems: The Next Generation of POS Management” mövzusunda təqdimat etməklə panel sessiyasında iştirak etdi. O, hazırki dönəmdə ekvayrinq biznesinin qarşısında dayanan çağırışları vurğulamaqla, ödəniş infrasukturunun effektiv idarə olunmasının əhəmiyyətini önə çıxardı.

Ödəniş infrastukturunu mərkəzdən idarə edilməsinə imkan verən MAXSTORE proqram təminatı ekosistemi haqqında məlumat verildi.

 

Şirkətimiz GRG Banking, PAX Technology, Verifone kimi qabaqcıl maliyyə texnologiyaları istehsalçılarının rəsmi distribyutoru olmaqla, innovativ ödəniş həllərinin təqdim olunması üzrə ixtisaslaşmışdır. 20 illik fəaliyyətimiz ərzində bank və maliyyə sektorunun etibarlı tərəfdaş olmaqdan məmnunuq.