NBA Technologies International GRG Banking-in Platinum üzvü seçildi
15.09.2025
“NBA Technologies International” texnoloji və innovativ həllər sənayesində böyük nüfuza malik, Çinin ən böyük texnologiya şirkətlərindən biri olan GRG Banking Equipment Co., Ltd. məhsullarının Azərbaycanda rəsmi distribyutoru olaraq 15–17 sentyabr tarixlərində Çində keçirilən GRGBanking Global Customer Exchange (GCE) 2024 beynəlxalq tədbirində iştirak edib.

Tədbir “AI-Powered Finance of Digital Finance” (Rəqəmsal Maliyyədə Süni İntellektlə Gücləndirilmiş Maliyyə) mövzusu altında baş tutub və 400-dən çox iştirakçını — aparıcı maliyyə institutlarının rəhbərlərini, fintech innovatorlarını, akademik ekspertləri və strateji tərəfdaşları bir araya gətirib.
Üç gün davam edən beynəlxalq forum süni intellektin, rəqəmsallaşmanın və ağıllı texnologiyaların qlobal maliyyə sektorunda oynadığı həlledici rolu vurğulayıb. Tədbir həmçinin gələcəyin ağıllı və inklüziv maliyyə ekosisteminə doğru atılan mühüm bir addım kimi dəyərləndirilib.

NBA Technologies International-ın tədbirdə iştirakı, şirkətin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsi və regionda texnoloji innovasiyaların tətbiqindəki rolunun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Fəxrlə qeyd edirik ki, forum çərçivəsində NBA Technologies International GRG Banking-in Platinum üzvü statusuna layiq görülüb. Bu nailiyyət təkcə şirkətimizin deyil, həm də Azərbaycan və regionun innovativ texnologiyalar sahəsində artan rolunun göstəricisidir.

Tədbir zamanı şirkətin direktoru Anar Şıxəliyev beynəlxalq auditoriya qarşısında çıxış edərək NBA Technologies International-ın fəaliyyət istiqamətləri, rəqəmsal transformasiyaya verdiyi töhfələr, müştərilərə təqdim etdiyi dəyər əsaslı həllər və strateji hədəfləri haqqında məlumat verib.
Şirkətin bu uğuru komandamızın peşəkarlığı, innovasiyaya sadiqliyi və müştərilər üçün yaratdığı dayanıqlı dəyərlərin nəticəsidir. NBA Technologies International inandığını bildirir ki, bu kimi beynəlxalq platformalarda aktiv iştirak şirkətin inkişaf strategiyasını daha da gücləndirəcək, yeni əməkdaşlıqlara və tərəfdaşlıqlara yol açacaq.

NBA Technologies International bundan sonra da rəqəmsal maliyyə texnologiyalarında yenilikçi yanaşmaların təşviqinə və Azərbaycanın texnoloji potensialının beynəlxalq arenada təbliğinə töhfə verməyə davam edəcək.