NBA Technologies International - Fintex Summit 2025-də baş sponsor kimi innovativ ödəniş həllərini təqdim etdi
24.06.2025.jpg&w=1920&q=75)
NBA Technologies International olaraq, 24–25 iyun tarixlərində keçirilən Fintex Summit 2025 (FINTEX&IBF) tədbirində baş sponsor kimi iştirak etdik. Bu mötəbər tədbir regionun ən böyük maliyyə və texnologiya forumlarından biri olaraq bankçılıq, ödəniş sistemləri və rəqəmsal innovasiyalar sahəsində aparıcı mütəxəssisləri bir araya gətirdi.
.jpg)
Tədbir çərçivəsində şirkətimiz hər zaman olduğu kimi ən müasir bankçılıq və ödəniş texnologiyalarını təqdim etdi. Ziyarətçilərə ATM-lər, POS terminallar, e-kassa sistemləri, kart çapı avadanlıqları, üztanınma texnologiyaları, pul sayma və çeşidləmə cihazları kimi qabaqcıl həllər nümayiş olundu. Bununla yanaşı, pərakəndə ticarət və xidmət sektorları üçün nəzərdə tutulmuş ERP əsaslı müasir avadanlıqlar — monoblok kassalar, özünəxidmət qurğuları, termal printerlər və inventar idarəetmə cihazları da xüsusi maraqla qarşılandı.
NBA Technologies International məhsul çeşidini və ödəniş həllərini müştərilərin ehtiyaclarını qarşılayan, əməliyyat proseslərinə real fayda gətirən yanaşma ilə daima yeniləyir. Şirkət tədbir çərçivəsində GRG Banking Equipment (HK) Co. Limited., PAX Technology, Verifone, Honeywell, Newland AIDC, Posiflex Technology Inc., Xprinter Group, HiStone POS kimi məşhur brendlərin innovativ texnologiyalarını da nümayiş etdirdi.
.jpg)
Artıq NBA Technologies International təkcə avadanlıq və proqram təminatı təqdim edən şirkət deyil — müştəriləri üçün tam inteqrasiya olunmuş ekosistem həlləri yaradan güclü texnoloji tərəfdaşdır.
Sammitdə yalnız məhsullarımızı deyil, həm də təcrübəmizi bölüşmək fürsətimiz oldu. Şirkətimizin direktor müavini Fərdi Fərhadov tədbirdə panel spiker kimi çıxış edərək, rəqəmsal ödənişlərin gələcəyi, trendlər və yeni texnoloji istiqamətlər haqqında fikirlərini bölüşdü. O, xüsusilə GRG şirkətinin yeni SEM (Smart Embossing/Printing Machine) avadanlığı və onun tətbiq sahələri barədə geniş məlumat verərək, real use-case nümunələri əsasında iştirakçılarla fikir mübadiləsi apardı.
.jpg)
Tədbir iştirakçılarının və tərəfdaşların böyük marağı ilə qarşılanan bu təqdimat NBA Technologies International-ın innovasiyaya əsaslanan texnoloji lider imicini bir daha möhkəmləndirdi.
Sammitdəki uğurlu çıxışı və təqdim etdiyi dəyərlərə görə NBA Technologies International Azərbaycan Banklar Assosiasiyası tərəfindən xüsusi mükafata layiq görüldü.
.jpg)
Bu nailiyyət bir daha göstərir ki, NBA Technologies International Azərbaycanın maliyyə texnologiyaları sektorunda yenilikçi yanaşmanın aparıcı siması olaraq ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir.