NBA Technologies International

NBA Technologies International-da GRG Banking və Guangzhou Digital Technology Group rəhbərləri ilə görüş keçirilib

10.09.2026
NBA Technologies International-da GRG Banking və Guangzhou Digital Technology Group rəhbərləri ilə görüş keçirilib

7 sentyabr 2026-cı il tarixində NBA Technologies International-ın Bakı ofisində GRG Banking EquipmentGuangzhou Digital Technology Group şirkətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib.

GRGBanking Equipment şirkəti haqqında. Şirkət 2008-ci ildən etibarən Çində ATM təchizatçıları arasında lider mövqedədir və dünyada maliyyə özünəxidmət texnologiyaları sahəsində TOP 3 şirkətdən biri hesab olunur. “AI in All” strategiyasına əsaslanan GRGBanking fəaliyyətini maliyyə texnologiyaları ilə məhdudlaşdırmır, eyni zamanda ağıllı şəhər, intellektual nəqliyyat, rəqəmsal hökumət və smart retail istiqamətlərində də həllər təqdim edir.

Qonaqlar - Guangzhou Digital Technology Group İdarə Heyətinin sədri Huang Yuezhen, Kapital Əməliyyatları üzrə rəhbər Li Jun, Ofis Administrasiyası üzrə menecer Wang ShengGRG Banking Equipment İdarə Heyətinin sədri Lu Dan ilə Azərbaycanın bank və maliyyə sektorundakı mövcud trendlər, texnoloji yeniliklər və gələcək inkişaf imkanları müzakirə olunub.

NBA Technologies International olaraq belə görüşləri yerli müştərilərin ehtiyacları və bazarın reallıqlarını texnologiya nəhənglərinə çatdıran bir körğü olaraq düşünürük. Bu dialoqların sayəsində avadanlıq və proqram həllərinin real bazar ehtiyaclarına daha dəqiq uyğunlaşdırılması, müştərilərə daha faydalı, müştəriyönümlü həllərin təqdim edilməsi mümkün olur.

Biz, 20 ildən artıqdır ki, qabaqcıl bankomat və POS-terminal istehsalçılarının ölkəmizdə rəsmi distibrütoru olmaqla, rəqəmsal ödəniş ekosistemi, eləcə də pərakəndə ticarət və xidmət sektorunda avadanlıq və proqram təminatı həllərinin təqdim olunması üzrə ixtisaslaşmışıq. Şirkətimiz eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin e-kassa operatoru qismində e-kassaların təchizatı, qeydiyyatı və servis xidmətlərinin göstərilməsini də həyata keçirir.

#NBATechnologies #GRGBanking #FinTech #BankingTechnology #DigitalTransformation